Ana səhifəHaqqımızda

Haqqımızda

Kvan Group olaraq daşınmaz əmlak inkişafı üzrə ixtisaslaşmış bir şirkətik və yaratdığımız hər məkanla insan həyatına töhfə verməyi hədəfləyirik. Mükəmməllik və insanyönümlülük prinsiplərinə bağlı qalaraq, biz, yaşayış, kommersiya və qarışıq istifadəli əmlakların yaradılmasında ixtisaslaşırıq.
10+
il peşəkar təcrübə
10000+
m2 tamamlanmış tikinti sahəsi

Bizim dəyərlərimiz

Иконка
İnsanyönümlü
Kvan Group-da hər qoyulan kərpicin və hər yaradılan məkanın insan həyatına təsir etdiyini dərindən anlayırıq. Buna görə də, əsas öhdəliyimiz insanları – onların ehtiyaclarını, arzularını və rifahını ön planda tutmaqdır.
Иконка
Rifah yönümlü
Fiziki məkanların insanların rifahı üzərində olan təsirinin fərqindəyik. Məhz bu səbəblə, biz, bu sahədə mövcud olan ən son elmi araşdırmaları dərindən təhlil edir və iş prinsiplərimizi bu innovativ konseptlərə əsaslandırırıq. Beləliklə, rifah yönümlü olmağımız sadəcə sözdə deyil, eləcə də yaratdığımız layihələrin dizaynı, infrastruktur və memarlıq prinsiplərində öz əksini tapır.
Иконка
Mədəniyyət yönümlü
Brendimiz mədəniyyət yönümlü yanaşmaya əsaslanır və hər bir mədəni landşaftın fərqli olduğunu qəbul edir. Layihələrimizi bu fərqli xüsusiyyətlərə uyğun şəkildə inkişaf etdiririk. KvanGroup olaraq, uğurumuzun əsl ölçüsünün yalnız inşa etdiklərimizdə deyil, yaratdığımız əlaqələrdə və təsir etdiyimiz həyatlar üzərində olduğunu anlayırıq. Biz, aid olmağın əsl mənasını əks etdirən icmalar formalaşdırmağa sadiqik. Bura insanların və mədəniyyətlərin birləşərək özünü ev kimi hiss etdirən məkanlar yaratdığı bir yerdir.

Bizim hekayəmiz

Bizim hekayəmiz

Bizim komanda

Çingiz Kişiyev
Təsisçi
Oleg Sidorenko
Baş Memar
Lalə Kişiyeva
Kommersiya Direktoru
Eugene Myroniuk
Kreativ Direktor
Geri
Daha da

Bizim Təcrübəmiz

Təxminən on illik təcrübə ilə daşınmaz əmlak inkişafı sahəsində fəaliyyətə başlayan şirkətimiz, inşaat sektorunda fəaliyyət göstərərək, dünyada tanınan brendlərlə əməkdaşlıq edərək dəyərli təcrübə qazandı. Bu təməl innovativ layihələrdə iştirak etmək və beynəlxalq arenada çalışmaq imkanını təmin etdi. Biz illər keçdikcə təkmilləşərək, müasir memarlıq və mühəndislik həllərinə sadiq qalan, innovativ fikirlərə həvəsli bir komandaya çevrildik. Bu gün, 10 ildən artıq təcrübəmizə güvənərək, gələcəyin evlərini xəyal edən, davamlılıq və ağıllı texnologiyalara üstünlük verən və şəhərlərin simasını dəyişdirən layihələrə imza atan bir şirkətik.
Portfelimizə baxın

Bizim tərəfdaşlarımız